Kaxetidə "Peyvənd Marafonu" çərçivəsində 100 yaşlı qadın peyvənd edilib
Gürcüstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, peyvənd marafonu çərçivəsində Kaxeti bölgəsinin Manavi kəndində onlarla hamilə qadın və biri 100 yaşlı qadın olmaqla onlarla insan peyvənd olunub.

Qurumun verdiyi məlumata görə, bu mərhələdə marafon Kaxetinin iki kəndi, Manavi və Patardzeuli kəndlərində keçirilir.

“Biz Kaxetidə peyvənd marafonunu davam etdiririk. Peyvəndin aşağı olduğu kəndləri seçdik. Vətəndaşlara doğru məlumatı çatdırmaq üçün ailə həkimlərinin və yerli özünüidarə orqanlarının bu prosesə cəlb edilməsi çox vacibdir. Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzi davam edən prosesi daim izləyəcək. Əminik ki, peyvənd marafonu müsbət nəticələr verəcək və peyvəndin sürəti daha da artacaq",
- deyə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Qurumdan verilən məlumata görə, vətəndaşlar "COVID-19" əleyhinə kənddən çıxmadan, yerində, qeydiyyat olmadan, xüsusi təyin edilmiş səyyar dispanserdə peyvənd edilə bilərlər.

Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidzenin sözlərinə görə, kampaniyanın ilk günündə 120 nəfərə, dünən isə əlavə 300 nəfərə peyvənd edilib:

“Kənd yerlərində keçirilən marafonun yaxşı nəticələr verəcəyinə böyük ümidlərimiz var, amma bütün bunlar gələcəkdə də davam etməlidir. Burada çox təcrübəli həkimlər və tibb bacıları var. Bildiyiniz kimi, Kaxetidə halların artması müşahidə olunur və bunu yalnız kütləvi peyvənd prosesi dayandıracaq", - deyə Amiran Qamkrelidze qeyd edib.

Layihə Məcburi Köçkünlər Nazirliyi, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi, Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi və Dövlət Tibb Holdinqinin təşəbbüsü ilə həyata keçirilir. Marafonda kənd həkimləri, Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin və bələdiyyə ictimai sağlamlıq mərkəzlərinin nümayəndələri, bələdiyyə sağlamlıq mərkəzlərinin nümayəndələri, kənd qəyyumları, yerli hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər iştirak edir. Qurumdan deyilənlərə görə, məlumatlandırma görüşləri zamanı əhaliyə maarifləndirici materiallar veriləcək. Layihə Ümumdünya Səhiyyə Təşkilatı, AB-nin Gürcüstandakı Nümayəndəliyi, BMT-nin Gürcüstandakı Nümayəndəliyi və BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən dəstəklənir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google