Marneuli Mədəniyyət Mərkəzinin ərazisindəki parkın bərpası bir milyon lariyə başa gələcək
Marneulidə, Rustaveli küçəsində, Mədəniyyət Mərkəzi ərazisindəki parkın və Zurab Jvania adına Gürcü Dili Evinin bərpa işləri aparılır.

İşlər İnfrastruktur Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Nazirlikdən “Marneuli” radiosuna bildirdiklərinə görə, “yenilənmiş regionlar” proqramı çərçivəsində (Dening-build metodu ilə) “dostluq” Kvemo Kartli regionunda bir neçə bələdiyyədə bərpa işləri həyata keçirir. Bələdiyyələrdən biri də məhz Marneulidir.

“Marneulidə Şota Rustaveli küçəsində yenidənqurma və həmin küçədə olan parkın sağ hissəsində bərpa işləri aparırıq. Həmçinin, park ərazisindəki binanın fasadı da bərpa olunur”, – Nazirlikdən bildirdilər.

Bərpa işlərinin dəyəri bir milyon lari təşkil edir. İşlərin dekabr ayının sonuna qədər başa çatdırılması planlaşdırılır.

Print Email
FaceBook Twitter Google