Tbilisidə "20 yanvar" və "9 aprel" faciələrinə həsr olunmuş anım tədbiri keçirildi (VİDEO/FOTO)
Bu gün, 20 yanvar tarixində Tbilisidə Gürcüstanın Milli Parlament Kitabxanasında "20 yanvar" və "9 aprel" faciələrinə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Azərbaycanın Gürcütandakı səfirliyinin əməkdaşları, Gürcüstanın hökumət üzvləri, ziyalı şəxslər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbirdə əvvəlcə “Qanlı Yanvar” hadisələrini əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olundu, "20 yanvar" və "9 aprel" hadisələri zamanı dünyasını dəyişən şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbiri giriş sözü ilə açaraq, "20 yanvar" və "9 aprel" hadisələrindən danışdı. O, qeyd etdi ki, həm Azərbaycan, həm də Gürcüstan xalqları azadlıq uğurunda mübarizə aparıblar. Azərbaycan və Gürcüstan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında dostluq əlaqələri quruluraq, bu gün də davam etdirilir. Quliyev qanlı yanvar hadisələrində şəhid olan insanların daima Azərbaycan xalqının qəlbində yaşayacaq bildirdi.

Anım tədbirində Gürcüstan Xarici İşlər Nazirinin müavini Laşa Darsalia, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da çıxış etdilər.

Tədbirin sonunda Azərbaycan Respublikasının əməkdar artistləri Nərgiz Əliyeva və Fəridə Məlikovanın ifaları fonunda Gürcüstanın Pantomima Teatrının aktyorları 20 yanvar və 9 aprel hadisələrinə həsr olunmuş teatral səhnələr nümayiş etdirdilər.

Qeyd edək ki, bu gün, Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunur. Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet ordusu əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdıldı.

20 Yanvar faciəsi Azərbaycan respublikasında və dünyanın bir çox ölkəsində hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.



Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google