Əczaçılıq şirkətləri Merck-in kovid həblərini yoxsul ölkələr üçün ucuz hazırlayacaqlar
Merck antiinflamatuar həbləri 105 inkişaf etməkdə olan və yoxsul ölkə üçün nisbətən münasib qiymətə istehsal olunacaq. Bu yaxınlarda BMT-nin dəstəyi ilə dərman istehsal edən iyirmiyə yaxın şirkətlə müvafiq saziş imzalanıb. Məlumatı “Reuters” yayıb.

Müqaviləyə əsasən, dərman şirkətləri həm Molnupiravir dərmanının xammalını, həm də hazır dərmanın özünü hazırlayacaq. Merck tərəfindən hazırlanmış Molnupiravir həbinin koronavirusa yoluxmuş xəstələrdə xəstəxanaya yerləşdirilmə nisbətini azaltdığı məlumdur. Bundan əlavə, son aylarda Böyük Britaniya, Avropa İttifaqı və ABŞ vətəndaşlarına bu dərmandan istifadəyə icazə verilib.

İlkin olaraq dərman şirkətləri tezliklə Banqladeş, Çin, Misir, Vyetnam, Keniya və Cənubi Afrika da daxil olmaqla 11 ölkədə Merck həblərinin istehsalına başlayacaqlar.

Xatırladaq ki, insanların simptomları azaltmaq və sağalmanı sürətləndirmək üçün qəbul edə biləcəyi antiviral həbi xəstəxanaya yerləşdirilən koronavirusa yoluxmuş xəstələrin sayını azaltmaq və bununla da xəstəliyin gedişatını yüngülləşdirmək potensialına malikdir. Həmçinin, bu dərman covid ölüm nisbətlərini minimuma endirir.

Bir sözlə, səhiyyə sistemi zəif olan yoxsul ölkələrə epidemiyanın qarşısını almağa kömək edəcək.

Mənbə: BM

Print Email
FaceBook Twitter Google