Hazırkı dövrədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 1 419
yoluxma faktı qeydə alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli
Mərkəzindən bildirilib.
Gürcüstanda hazırda COVID-19-a yoluxma hallarının 70 %-i
“Omikron”un payına düşür. Tbilisidə isə bu göstərisi 80 % təşkil
edir.
Yanvarın sonu - fevralın əvvəlində Gürcüstanda yeni ştama yoluxma
hallarının pik həddə çatacağı gözlənilir.
Qeyd edək ki, ölkədə “Omikron”a ilk yoluxma halı ötən ilin dekabrın
20-də təsdiqlənib.