Omicron Gürcüstanda dominant ştama çevrilib
Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 1419-a çatıb. Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatında qeyd olunub.

Qurumun direktoru Amiran Qamkrelidzenin sözlərinə görə Omicron ştamı artıq Gürcüstanda dominant ştama çevrilib və bütün yoluxma hallarının 70%-dən çoxunu təşkil edir.

O, qeyd edib ki, Gürcüstanda bu ştama ən yüksək yoluxma nisbəti Tbilisidə qeydə alınıb.

Belə ki, paytaxt şəhərində yoluxma hallarının 80%-nin Omicron ştamından qaynaqlandığı təxmin edilir.

Ümumilikdə yanvarın sonu, fevralın əvvəllərində Gürcüstanda yoluxma hallarının pik həddə çatacağı proqnozlaşdırılır.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google