Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron
ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 1419-a çatıb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq
Mərkəzinin məlumatında qeyd olunub.
Qurumun direktoru Amiran Qamkrelidzenin sözlərinə görə Omicron
ştamı artıq Gürcüstanda dominant ştama çevrilib və bütün yoluxma
hallarının 70%-dən çoxunu təşkil edir.
O, qeyd edib ki, Gürcüstanda bu ştama ən yüksək yoluxma nisbəti
Tbilisidə qeydə alınıb.
Belə ki, paytaxt şəhərində yoluxma hallarının 80%-nin Omicron
ştamından qaynaqlandığı təxmin edilir.
Ümumilikdə yanvarın sonu, fevralın əvvəllərində Gürcüstanda yoluxma
hallarının pik həddə çatacağı proqnozlaşdırılır.