Yanvarın 21-nə olan məlumata görə, Gürcüstanda ümumilikdə 2 635 602
peyvənd edilib. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına
görə, yetkin əhalinin 45,8%-ni təşkil edən 1,315,413 nəfər ən azı 1
doza ilə peyvənd olunub.
Yetkin əhalinin 41,9%-ni təşkil edən 1 202 951 nəfər isə tam
peyvənd olunub. 123 087 nəfər buster dozası ilə peyvənd olunub.
Eyni zamanda, 12-15 yaşlılar arasında ən azı 1 doza ilə 3698
(2,09%) nəfər, 2553 (1,44%) nəfər isə tam peyvənd olunub. 16-17
yaşlı yetkinlərdə 1 doza ilə 12 299 (15,17%) nəfər, 10,714 (13,21%)
nəfər isə tam peyvənd edilmişdir.
Xatırladaq ki, yanvarın 20-də 7059 peyvənd aparılıb.