“Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılmasını istəyir”.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib.
Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də
keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi
sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub
ki, rəsmi Moskva Rusiya-Gürcüstan münasibətlərinin
normallaşdırılması, mövcud ziddiyyətlərin aradan qaldırılması,
ikitərəfli əlaqələrin bərpası və inkişafı məqsədlərinə sadiq
qalır.
Vurğulanıb ki, bunların hamısının iki ölkə xalqlarının maraqlarına
cavab verdiyini qeyd edib.
XİN-dən bildirilib ki, təmasların bərpası prosesi “ikitərəfli
hərəkət yolu” olmalıdır: “Gürcüstan hakimiyyətinin keçmişdən
dərslər çıxaracağına və Rusiyaya münasibətdə daha çox
ölçülüb-biçilmiş siyasət yürüdəcəyinə çox ümid edirik”.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər
2008-ci ildən dayandırılıb.
Mənbə: report.az