Marneulidə “Toyota Prius” markalı avtomobil yanıb (VİDEO)
Bu gün, 21 yanvar tarixində saat 14:30 radələrində Marneulinin Rustaveli küçəsində avtomobil yanıb. “Marneuli” radiosunun məlumatına görə, yanğın “Toyota Prius” markalı avtomobilin mühərrik hissəsində baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, yanğınsöndürənlər gəlməzdən əvvəl yanğını ərazidə olan insanlar söndürməyə çalışıblar. Yanğınsöndürən briqada hadisə yerinə gəldikdən sonra yanğının qarşısını alıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


"Marneuli" Radiosu
Print