Marneuli məktəblərindən birində müəllim 14 yaşlı qızı erkən
evlilikdən xilas edib. Pedaqoqun kimliyi və təhsil müəssisəsinin
adını bilərəkdən qeyd etmirik.
Gizliliyi qorumaq şərti ilə müsahibə verməyə razılaşan müəllim qeyd
etdi ki, yeniyetmənin nişanlandırılmasını öyrəndikdən sonra təcili
surətdə Xalq Müdafiəçisinə müraciət edib. O, bildirdi ki, məsələni
bütün kənd bilirmiş, ancaq heç kim müraciət etməyi düşünməyib.
Pedaqoq hesab edir ki, məktəb şagirdlərinin marağını qorumaqda və
tam təhsil almaqda mühüm rol oynayır.
“Uşaq 9-cu sinifdə oxuyur. Özündən xeyli böyük olan şəxslə
evləndirmək istəyirdilər. Bilirsiz, bu məsələni necə edirdilər?
9-cu sinifi bitirəcəkdi və sonra geri qayıtmayacaqdı. 9-cu sinif
attestatını alacaqdı. Bundan sonra məktəbin hüququ yoxdur hara
getdi, nə etdi. Bu şagird məktəbdə qeydiyyata alınmır və biz
öhdəlikdən azad olunuruq. Əvvəlcədən nişanlandırıblar və belə deyək
işləri irəli düşüb. Bizim həqiqətən də necəsə kömək etmək
şəraitimiz var. Çünki 14 yaşlı uşaq üçün nişan günü həyat başa
çatır. Onun inkişafından, təhsilindən söhbət açıram. Bütün kənd bu
məsələni bilir ki, həmin evdə nişan var, burada toy deyirlər. Mən
Marneulidə hüquqi baxımdan fəaliyyət göstərən təşkilatları çox
dəyərləndirirəm. Müəllim onlara məlumat verir və geridə qalanın
təşkilat edir.”
Müəllim əmindir ki, bu kimi hallar yalnız onun məktəbində baş
vermir. Ona görə bütün pedaqoq və təhsil müəssisələrini reaksiya
göstərməyə çağırır. Bildirir ki, qız nişandan sonra məktəbdə
akademik iştirakına adi rejimdə davam etdirirdi və “nişanın
görünməsini istəmirdi”.
“Hamı belə etsə, əminəm belə hallar tez-tez baş verməz
və nəisə dəyişər. Nişan baş tutub, ancaq valideynlər uşağı evdən
aparmayıblar. Onlara artıq mane oldular və ümid edirəm ki, evlilik
olmayacaq. Bilmirəm, polisə və qanuna qarşı çıxarlarmı…90% güman
edirəm ki, bu evlilik həddi-büluğa çatmamış olmayacaq. Qız heç
bilmir də nə baş verir. O qədər balacadır ki, bunların hamısını
başa düşmür. Danışanda gülümsəyir, utanır. Məktəb yalnız uşaqlara
əlifba öyrədib əməkhaqqı almaq deyil ki? Mənim üçün daha artığıdır
və düşünürəm ki, düzgün hərəkət etmişəm.”
Pedaqoqun sözlərinə görə, uşaq yaşında evlilik insan hüquqlarının
pozulmasıdır. Bu qızlara inkişaf etməkdə mane olur və əksər
hallarda sosial təcridi, aşağı təhsil səviyyəsi və qənaətbəxş
olmayan peşə təhsili yoxsulluğun gender aspektini göstərir.
Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin əlaqə nömrələrini sizə
təklif edirik:
Mariam Qvidiani - - 555 16 00 17
Murad Hüseynov - 591 70 10 73
İrma Mçedlidze - 595 52 53 57
Qaynar xətt: 1481