Marneuli məktəblərindən birində müəllim 14 yaşlı qızı erkən evlilikdən xilas edib
Marneuli məktəblərindən birində müəllim 14 yaşlı qızı erkən evlilikdən xilas edib. Pedaqoqun kimliyi və təhsil müəssisəsinin adını bilərəkdən qeyd etmirik. Gizliliyi qorumaq şərti ilə müsahibə verməyə razılaşan müəllim qeyd etdi ki, yeniyetmənin nişanlandırılmasını öyrəndikdən sonra təcili surətdə Xalq Müdafiəçisinə müraciət edib. O, bildirdi ki, məsələni bütün kənd bilirmiş, ancaq heç kim müraciət etməyi düşünməyib. Pedaqoq hesab edir ki, məktəb şagirdlərinin marağını qorumaqda və tam təhsil almaqda mühüm rol oynayır.

“Uşaq 9-cu sinifdə oxuyur. Özündən xeyli böyük olan şəxslə evləndirmək istəyirdilər. Bilirsiz, bu məsələni necə edirdilər? 9-cu sinifi bitirəcəkdi və sonra geri qayıtmayacaqdı. 9-cu sinif attestatını alacaqdı. Bundan sonra məktəbin hüququ yoxdur hara getdi, nə etdi. Bu şagird məktəbdə qeydiyyata alınmır və biz öhdəlikdən azad olunuruq. Əvvəlcədən nişanlandırıblar və belə deyək işləri irəli düşüb. Bizim həqiqətən də necəsə kömək etmək şəraitimiz var. Çünki 14 yaşlı uşaq üçün nişan günü həyat başa çatır. Onun inkişafından, təhsilindən söhbət açıram. Bütün kənd bu məsələni bilir ki, həmin evdə nişan var, burada toy deyirlər. Mən Marneulidə hüquqi baxımdan fəaliyyət göstərən təşkilatları çox dəyərləndirirəm. Müəllim onlara məlumat verir və geridə qalanın təşkilat edir.”

Müəllim əmindir ki, bu kimi hallar yalnız onun məktəbində baş vermir. Ona görə bütün pedaqoq və təhsil müəssisələrini reaksiya göstərməyə çağırır. Bildirir ki, qız nişandan sonra məktəbdə akademik iştirakına adi rejimdə davam etdirirdi və “nişanın görünməsini istəmirdi”.

“Hamı belə etsə, əminəm belə hallar tez-tez baş verməz və nəisə dəyişər. Nişan baş tutub, ancaq valideynlər uşağı evdən aparmayıblar. Onlara artıq mane oldular və ümid edirəm ki, evlilik olmayacaq. Bilmirəm, polisə və qanuna qarşı çıxarlarmı…90% güman edirəm ki, bu evlilik həddi-büluğa çatmamış olmayacaq. Qız heç bilmir də nə baş verir. O qədər balacadır ki, bunların hamısını başa düşmür. Danışanda gülümsəyir, utanır. Məktəb yalnız uşaqlara əlifba öyrədib əməkhaqqı almaq deyil ki? Mənim üçün daha artığıdır və düşünürəm ki, düzgün hərəkət etmişəm.”

Pedaqoqun sözlərinə görə, uşaq yaşında evlilik insan hüquqlarının pozulmasıdır. Bu qızlara inkişaf etməkdə mane olur və əksər hallarda sosial təcridi, aşağı təhsil səviyyəsi və qənaətbəxş olmayan peşə təhsili yoxsulluğun gender aspektini göstərir.

Xalq Müdafiəçisinin Kvemo Kartli ofisinin əlaqə nömrələrini sizə təklif edirik:
Mariam Qvidiani - - 555 16 00 17
Murad Hüseynov - 591 70 10 73
İrma Mçedlidze - 595 52 53 57
Qaynar xətt: 1481

"Marneuli" Radiosu
Print