Milli Banka pul çap etmək neçə milyona başa gəlir?
Gürcüstanda dövriyyədə 4,6 milyard lari əskinas və sikkələr var. Bu əskinasların ümumi sayı 100 milyonu ötür. Milli Bankın illik hesabatında göstərilir ki, GMB hər il əskinasların çapına və köhnəlmiş əskinasların yeniləri ilə əvəz edilməsinə pul xərcləyir.

Milli Bankın maliyyə hesabatına əsasən, bu illər ərzində pul çapına aşağıdakı məbləğlər xərclənib:

  • 2021 - 25 128 000 lari;
  • 2020 - 16 848 000 lari;
  • 2019 - 0 lari;
  • 2018 - 10 931 000 lari;
  • 2017 - 6 213 000 lari;
  • 2016 - 3 782 000 lari;
  • 2015 - 11 134 000 lari.

Birbaşa əskinasların sayına gəlincə, 2021-ci ilin sonuna ölkədə aşağıdakı əskinaslar dövriyyədə olub:

● 1 lari - 4,6 milyon sikkə;
● 2 lari - 2,3 milyon sikkə;
● 5 lari - 22,9 milyon əskinas;
● 10 lari - 7,8 milyon əskinas;
● 20 lari - 19 milyon əskinas;
● 50 lari - 14,8 milyon əskinas;
● 100 lari - 29,3 milyon əskinas;
● 200 lari - 0,9 milyon əskinas.

Xurda pula gəlincə, GMB-nin hesabatında 1 lariyə qədər olan sikkələrin dəqiq statistikası verilməsə də, 5, 10, 20 və 50 tetrilik sikkələrin ümumi dəyəri 151,7 milyon lari təşkil edir.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google