“Gürcüstanın “TEKNOFEST” Aerokosmik və Texnologiya
Festivalına qatılmasını arzulayırıq”.
Bu sözləri müsahibəsində Türkiyənin Gürcüstandakı səfiri Fatma
Ceren Yazqan deyib.
Onun sözlərinə görə, Gürcüstan Bakıda keçiriləcək “TEKNOFEST
Azərbaycan” Festivalının təşkilinə dəstək olub:
“Festivalın təşkilinə yardım və dəstəyə görə Gürcüstana
da təşəkkür etmək istəyirik. Çünki tədbirin baş tutması üçün
Türkiyədən Azərbaycana çatdırılan avadanlıqlar Gürcüstandan keçib.
Bu, bir çox cəhətdən Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli
əməkdaşlığı deməkdir”.
Qeyd edək ki, “Texnofest-2022” festivalı mayın 26-29-da Bakıda
keçiriləcək.
Mənbə: report.az