“Gürcüstanın Aİ-yə üzvlükdən başqa digər alternativi yoxdur” – İrakli Qaribaşvili

“Gürcüstanın Avropa İttifaqına üzvlükdən başqa digər alternativi yoxdur”.



Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunda panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan Aİ-nin çox etibarlı və sadiq tərəfdaşıdır: “Avropa İttifaqına üzvlük yalnız Gürcüstan hökumətinin deyil, xalqının seçimidir. Biz Avropa ilə eyni dəyər və prinsipləri bölüşürük”.

Baş nazir Aİ ilə 2014-cü ildə assosiativ sazişin imzalandığını xatırladıb: “Bu, əsas sənəddir və son məqsədimiz İttifaqın tamhüquqlu üzvü olmağımız üçün yol xəritəsidir. Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət və vizasız rejimlə bağlı əldə etdiyi sazişlər də əhəmiyyətli nəticələrdir”.

İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bu yaxınlarda Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsini təqdim edib: “Gürcüstanı Aİ-yə üzvlüyə yaxınlaşdıran hər bir addım bizim üçün qəbulediləndir. Biz Aİ-yə yaxın olmaq üçün maksimum bacardığımızı edəcəyik”

Mənbə: report.az

 

Print Email
FaceBook Twitter Google