“Gürcüstanın Avropa İttifaqına üzvlükdən başqa digər
alternativi yoxdur”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi
Forumunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Gürcüstan Aİ-nin çox etibarlı və sadiq
tərəfdaşıdır:
“Avropa İttifaqına üzvlük yalnız
Gürcüstan hökumətinin deyil, xalqının seçimidir. Biz Avropa ilə
eyni dəyər və prinsipləri bölüşürük”.
Baş nazir Aİ ilə 2014-cü ildə assosiativ sazişin imzalandığını
xatırladıb:
“Bu, əsas sənəddir və son məqsədimiz
İttifaqın tamhüquqlu üzvü olmağımız üçün yol xəritəsidir.
Gürcüstanın Avropa İttifaqı ilə azad ticarət və vizasız rejimlə
bağlı əldə etdiyi sazişlər də əhəmiyyətli
nəticələrdir”.
İ.Qaribaşvili vurğulayıb ki, Gürcüstan bu yaxınlarda Aİ-yə üzvlüklə
bağlı sorğu vərəqəsini təqdim edib: “Gürcüstanı Aİ-yə üzvlüyə
yaxınlaşdıran hər bir addım bizim üçün qəbulediləndir. Biz Aİ-yə
yaxın olmaq üçün maksimum bacardığımızı edəcəyik”