26 may tarixində Gürcüstan Müstəqillik Gününü qeyd edir. Marneuli
meriyasının təşkilatçılığı ilə müxtəlif tədbirlər həyata keçirilir.
Tədbir “Yenə də böyüyüəcəklər” abidəsinin ərazisində, saat 14:00-da
başladı.

- Musiqili və teatr
nümayişləri;
- Tarixi sərgilər;
- Gürcü xalq ənənələri guşələri;
- İdman fəaliyyətləri;
- Müsabiqələr, uşaq tamaşaları və şoular;

Tədbirdə Marneuli bələdiyyəsinin vəzifəli şəxsləri, Kvemo Kartli
qubernatoru, Marneuli və Hucabinin Yepiskopu Qiorqi Camdeliani
iştirak edirdi.

Marneuli meri Kənan Ömərov “Marneuli” radiosunun “Facebook”
səhifəsinin canlı yayımında Marneulililərin müstəqillik gününü
təbrik etdi və onun üçün azadlığın nə olduğu ilə bağlı sualımıza
qısa cavab verdi
“İnkişaf və irəliləyiş”, – Ömərov
dedi.



Marneuli yerli özünüidarəsi 26 may Müstəqillik Günü münasibətilə
şəhərin girişində 20 metrlik bayraq ucaldıb. Marneuli yerli
özünüidarəsi bayrağın ucaldılması ilə bağlı qərarı Bələdiyyə
Məclisinin 28 aprel tarixində baş tutmuş iclasında qəbul edib.
Marneuli meriyası bayrağı sadələşdirilmiş qaydada alıb.
20 metr hündürlüyündə bayraq Marneuli şəhərinin girişində,
“Gürcüstan hər şeydən öncə” lövhəsinin ərazisində yerləşdirilib.
Bələdiyyə bayrağın ucaldılması üçün 13 585 lari xərcləyib.

