27 may tarixində Tbilisidə Azərbaycan Respublikasının Müstəqillik
Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev açaraq, qonaqları salamladı. Səfir çıxışında Azərbaycan
respublikasının 1918-ci ildə əldə etdiyi müstəqilliyi və bu günki
uğurları haqda tədbir iştirakçılarına məlumat verdi.
Daha sonra çıxış üçün söz Gürcüstanın xarici işlər nazirinin I
müavini Laşa Darsaliya verildi. O, da öz növbəsində tədbir
iştirakçılarına yüz il bundan qabaq müstəqilliyə birgə yola
çıxdığını və bu gün də iki xalqın sül və əminamanlıq şəraitində
bərabər adımladığından danışdı.
Səfirliyin təşkil etdiyi bu günki tədbirdə hökumət nümayəndələri,
dəvət olunmuş qonaqlar və ziyalılar iştirak edirdilər.
Tədbirin rəsmi hissəsindən sonra qonaqlara konsert proqramı təqdim
olundu.