Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olundu (VIDEO/FOTO)
27 may tarixində Tbilisidə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev açaraq, qonaqları salamladı. Səfir çıxışında Azərbaycan respublikasının 1918-ci ildə əldə etdiyi müstəqilliyi və bu günki uğurları haqda tədbir iştirakçılarına məlumat verdi.


Daha sonra çıxış üçün söz Gürcüstanın xarici işlər nazirinin I müavini Laşa Darsaliya verildi. O, da öz növbəsində tədbir iştirakçılarına yüz il bundan qabaq müstəqilliyə birgə yola çıxdığını və bu gün də iki xalqın sül və əminamanlıq şəraitində bərabər adımladığından danışdı.


Səfirliyin təşkil etdiyi bu günki tədbirdə hökumət nümayəndələri, dəvət olunmuş qonaqlar və ziyalılar iştirak edirdilər.


Tədbirin rəsmi hissəsindən sonra qonaqlara konsert proqramı təqdim olundu.



"Marneuli" Radiosu
Print