Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü
ildönümü günündə ilk respublikanın qurucularından olan Fətəli xan
Xoyski və Həsən bəy Ağayevin xatirələri anılıb.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe,
polkovnik-leytenant Fuad İbrahimov, səfirlik və hərbi attaşe
aparatının əməkdaşları Tbilisi Nəbatat Bağında azərbaycanlıların
panteonunda cümhuriyyət dövrünün görkəmli ictimai-siyasi
xadimlərinin məzarlarını ziyarət ediblər.
AXC banilərinin xatirəsi ehtiramla yad edilib, qəbirləri üstünə gül
dəstələri düzülüb.
28 May – Müstəqillik Günü münasibətilə öncə Tbilisidə Heydər Əliyev
adına parkda ümummilli liderin büstü, Rustavi şəhərindəki abidəsi
ziyarət olunub. Gürcüstan paytaxtında Heydər Əliyev adına sahil
boyunda yerləşən stelanın önünə də çiçəklər qoyulub.
Mənbə: report.az