“Azərbaycanın apardığı xarici siyasət digər ölkələr üçün nümunədir” – Tamar Kiknadze
“Azərbaycanın apardığı xarici siyasət digər ölkələr üçün nümunədir”.

Bunu Gürcüstan Texniki Universitetinin Siyasət və beynəlxalq münasibətlər departamentinin rəhbəri, professor Tamar Kiknadze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nə neytral, nə də satelit ölkə olan Azərbaycan yalnız milli maraqlara uyğun müstəqil siyasət aparır: “Azərbaycanın həm Qərb, həm də Rusiya ilə yaxşı münasibətləri var. Bu cür siyasətin aparılması müdriklik, diplomatik məharət və bacarıqlar tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev müdrik siyasətçidir. O, işğal altında olan əraziləri azad etməklə demək olar ki, mümkün olmayanı həyata keçirdi”.

T.Kiknadze Gürcüstan və Azərbaycan arasında hazırkı münasibətlərin səviyyəsinə də toxunub. Qarşılıqlı münasibətlərin hər zaman yaxşı olduğunu qeyd edən politoloq hazırda ölkələri mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin birləşdirdiyini deyib.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google