“Gürcüstanın Texniki Univesitetinin nəzdində
Azərbaycanşünaslıq mərkəzinin yaradılmasına hazırıq və bununla
bağlı müzakirələr davam etdirilir”.
Bunu ali məktəbin rektoru David Qurgenidze deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı ilkin razılıq Azərbaycanın
təhsil naziri Emin Əmrullayevlə bu ilin fevralında Tbilisidə
keçirilən görüşdə əldə olunub:
“Ali məktəbimizdə 2012-ci ildən Litva
dili və mədəniyyəti mərkəzi uğurla fəaliyyət göstərir. Hazırda
Azərbaycanşünaslıq mərkəzinin yaradılması istiqamətində işlər
aparırıq”.
D.Qurgenidze, həmçinin, qeyd edib ki, Gürcüstan və Azərbaycanın ali
təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi üçün
ümumi platformanın yaradılması nəzərdə tutulub.
Mənbə: report.az