“Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sülh və inkişafın tərəfdarı olub” – Eldar Bayramov
“Azərbaycan və Gürcüstan hər zaman Qafqazda sabitlik, sülh və inkişafın tərəfdarı olub. Çünki hər iki ölkə regionu dostluq, qarşılıqlı hörmət və əmin-amanlığın hökm sürdüyü ümumi ev kimi görür”.

Bu fikirləri Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov Gürcüstanın Texniki Universitetində (GTU) hər iki ölkənin Müstəqillik günlərinə həsr olunan tədbirdə səsləndirib.

Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın təməli 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana ilk tarixi səfəri ilə qoyulub: “Həmin ildən etibarən tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir, müxtəlif sahələrdə müqavilə-hüquq bazası təkmilləşdirilir, dövlət qurumları arasında əlaqələr gücləndirilir”.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google