Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasının səbəbi açıqlanıb
Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyimiz öz vətəndaşlarımıza və öz ölkəmizə sanksiya tətbiq etmək anlamına gələrdi.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstan parlamentində çıxışı zamanı deyib.

O, bildirib ki, hazırda Rusiyada 1 milyon Gürcüstan vətəndaşı yaşayır və iki ölkə arasında ticari-iqtisadi əlaqələr mövcuddur.

Qaribaşvili Gürcüstanın Ukrayna ilə həmrəylik nümayiş etdirdiyini, bununla belə sanksiyalar məsələsində ölkənin milli maraqlarının rəhbər tutulduğunu və heç kimin bu qərarı dəyişdirə bilməyəcəyini vurğulayıb.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google