“Ceyran” ansamblı Tbilisidə keçirilən festivalda uğurla çıxış edib“Ceyran” ansamblı Tbilisidə keçirilən festivalda uğurla çıxış edib
Tbilisidə Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş Beynəlxalq Televiziya Xeyriyyə Festivalı keçirilib.

Gürcüstan, Almaniya, Polşa, Ermənistan və İran dövlətlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Tbilisidə fəaliyyət göstərən “Ceyran” ansamblı Azərbaycan rəqslərini təqdim edib.

Tədbirin açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Eldar Bayramov çıxış edərək gürcü xalqını müstəqillik günü münasibətilə təbrik edib, onlara sülh və firavanlıq arzulayıb.

“Ceyran” rəqs qrupu “Xarıbülbül”, “Uzundərə”, “Qarabağ” mahnılarını ifa ediblər.

Azərbaycan milli rəqsləri alqışlarla qarşılanıb.

Münsiflər heyətinin qərarı ilə “Ceyran” ansamblı kubok qazanıb.

Ansamblın üzvləri isə medallar və sertifikatlarla mükafatlandırılıblar.

Mənbə: azertac.az
Print