Gürcüstanda bütün magistral yolların tikintisi 2030-cu ilə qədər
sona çatacaq.
Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri
İrakli Karselidze ölkə parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas magistral yolların tikintisi başa
çatdıqdan sonra Azərbaycan sərhədindən Gürcüstandan keçməklə
Türkiyəyədək olan yol təxminən 50 faiz qısalacaq.
Nazir deyib:
“Bu gün Qırmızı körpüdən Sarpiyədək
səyahət müddəti 8 saat təşkil edir. Lakin bizim apardığımız işlər
və yol infrastrukturunun yenidən qurulması nəticəsində bu vaxt 4
saata qədər azalacaq”.
Mənbə: azertac.az