Laşa Darsaliya: Azərbaycanla dostluq əlaqələrimizin qədim tarixi var
Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin qədim tarixi var. Biz əsrlər boyu mehriban qonşu olmuşuq. Bu gün də ikitərəfli əlaqələr çox yüksək səviyyədədir və strateji tərəfdaşıq.

Bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya söyləyib.

Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edən nazir müavini deyib ki, regiondakı mürəkkəb vəziyyətə baxmayaraq, bizim əlaqələrimiz daha da möhkəmlənib. “Bizim ikitərəfli münasibətlərimiz öz unikallığı ilə seçilir. Biz iki dost və qardaş ölkələr olaraq çalışırıq ki, sülhü və təhlükəsizliyi qoruyub saxlayaq. İnanıram ki, bizim münasibətlərimiz bundan sonra daha da inkişaf edəcək və möhkəmlənəcək”, - deyə nazir müavini qeyd edib.

Mənbə: azertac.az
Print