Azərbaycan daim inkişaf edir – Vaxtanq Qomelauri
Bu gün Azərbaycan xalqının tarixində çox əlamətdar bir gündür. Azərbaycan xalqı milli bayramı Müstəqillik Gününü qeyd edir. Mən dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu sözləri Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri söyləyib.

Nazir deyib: “Azərbaycan daim inkişaf edir və möhkəmlənir. Azərbaycan günbəgün çiçəklənir və bu, bizi çox sevindirir. Mən qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram”.

Mənbə: azertac.az
Print