Mənim üçün gürcü xalqı necə əzizdirsə, Azərbaycan xalqı və dövləti
də bir o qədər əzizdir.
Bu sözləri Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze,
deyib.
O, Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş olduğunu qeyd
edib:
"Gürcüstan üçün Azərbaycanın strateji əhəmiyyəti çox
vacibdir. İki ölkə arasında bir sıra siyasi və iqdisadi əlaqələr və
ən əsası dostluq münasibətləri mövcuddur. Azərbaycanla bu dərin
dostluq münasibətlərimiz nəinki belə davam etməli hətta daha da
dərinləşdirilməlidir. Mən azərbaycanlı dostlarımızı müstəqillik
günü münasibətilə səmim qəlbdən təbrik edirəm. Hər il bu günün
uğur, inkişaf və rifah gətirməsini
diləyirəm”.
Mənbə: Axar.az