İstənilən məqsədlə ölkədən çıxarsa, cəza ya təxirə salınmalı, ya da
cəzadan azad edilməlidir. Bununla bağlı isə məhkəmə qərar verəcək.
Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze eks-prezident Mixail
Saakaşvilinin xaricdə müalicə alıb-almayacağı barədə sualı
cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi öz qərarı ilə heç bir
məhkumun üzünə qapı aça bilməz:
“Xaricə köçürülmək üçün şəxs məhbus olmamalıdır, çünki
məhkum Gürcüstan ərazisindəki cəzaçəkmə müəssisəsində cəza çəkir.
Bildiyimə görə, onun Gürcüstanda sağalması mümkün olmayan heç bir
diaqnozu yoxdur və belə bir çağırışla biz ümumiyyətlə həkimləri və
Gürcüstanın səhiyyə sistemini təhqir edirik. İstənilən məqsədlə
ölkəni tərk edərkən cəza təxirə salınmalı və ya cəzadan azad
edilməlidir. Qərar məhkəmə tərəfindən verilir, Ədliyyə Nazirliyi öz
qərarı ilə heç bir məhkumun üzünə qapı aça bilməz, bunun üçün
müvafiq hüquqi əsas olmalıdır. O, lazım olan hər cür tibbi
tədbirlərdən keçir. Gürcüstanda onun bütün diaqnozları üzrə müalicə
almaq mümkündür. Qalanları siyasi gündəmin bir
hissəsidir”.
Mənbə: Axar.az