Odessa Hərbi Administrasiyasının sədri - Ukrayna müdafiə əməliyyatlarında Rusiyanın bütün Qara dəniz donanmasını batırmaq üçün kifayət qədər gəmi əleyhinə “Harpun” raketləri aldı
Odessa hərbi administrasiyasının rəhbəri Sergey Bratçuk Telegram səhifəsində bildirib ki, “Ukrayna Rusiyanın bütün Qara dəniz donanmasını müdafiə əməliyyatlarında batırmaq üçün kifayət qədər sayda gəmi əleyhinə “Harpun” raketləri alıb.

O, həmçinin gəmi əleyhinə raketin istifadəsini əks etdirən video yayımlayıb. Bratçukun sözlərinə görə, “Harpun” raketinin effektivliyi həm sınaq buraxılışı zamanı, həm də döyüş şəraitində nümayiş etdirilib.

Bratçuk amerikalı ekspertlərə əsaslanaraq onu da qeyd edib ki, təyyarədaşıyan gəmini sıradan çıxarmaq üçün ona 5 “Harpun” raketi vurmaq lazımdır, kreyseri məhv etmək üçün 4 raket kifayətdir.

"Bir raket kiçik gəmiyə və ya katerə ciddi ziyan vura bilər", - deyə Bratçuk bildirib.

Print Email
FaceBook Twitter Google