Mtsxeta yaxınlığında baş verən qəzada bir nəfər ölüb, yaralananlar
var.
Bildirilir ki, bir neçə sərnişini daşıyan mikroavtobus yolkənarı
bəndə çırpılıb və nəticədə alovlanıb. Qəza nəticəsində 1 nəfər
yerindəcə ölüb, yaralılar isə təcili tibbi yardım maşını ilə
klinikaya aparılıb.
Daxili İşlər Nazirliyindən İnterpressNews-a verilən məlumata görə,
hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin yol hərəkəti
təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə
tutan 276-cı maddəsinin 6-cı hissəsi ilə araşdırma aparılır.