Gürcüstanın baş naziri İrakli Qaribaşvili mayın 28-29-da nümayəndə
heyəti ilə birlikdə İordaniya Haşimilər Krallığına səfər edəcək.
Hökumət administrasiyasının məlumatına görə, səfər zamanı baş nazir
Şahzadə Qazi ilə birlikdə İordan çayı üzərində Xilaskarın vəftiz
olunduğu yerdə torpaqların Gürcüstana verilməsinin rəsmi
mərasimində iştirak edəcək.
“Sahəsi 4 min kvadratmetr olan ərazidə Gürcüstanın
katolikos-patriarxı II İliyanın xeyir-duası ilə gürcü mədəniyyət
mərkəzi tikiləcək. Səfər zamanı hökumət başçısı İordaniya Haşimilər
Krallığının yüksək səviyyəli rəsmiləri ilə də yüksək səviyyəli
görüşlər keçirəcək”, - məlumatda deyilir.