"Viva Med” klinikasında Mixeil Saakaşvilini müalicə edən həkim – “müalicə lazım olduğu kimi gedir" - komissiya gələcək və hər şey həll olunacaq
Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilini müalicə edən həkim Tamar Davraşvili “Viva Med” klinikasında bildirib ki, “müalicə lazım olduğu kimi gedir”.

Tamar Davaraşvili bu gün mediaya kiçik şərh verib, lakin üçüncü prezidentin səhhətindən danışmayıb.

"Müalicə olduğu kimi gedir. Komissiya indi gəlir və hər şey həll olunacaq, məhkəmə qərar verib", - Tamar Davraşvili bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin işinin hakimi Nino Çaxnaşvili aprelin 25-də penitensiar xidmətə “Empatiya” Mərkəzinin ekspertlərinin Saakaşviliyə baş çəkməsinə şərait yaradılması haqqında tapşırıq verib.

Print Email
FaceBook Twitter Google