Qasımlı İcma Mərkəzi Marneulidə Gürcüstan və Azərbaycanın müstəqillik gününü qeyd edib
27 may tarixində, Qasımlı İcma Mərkəzinin təşkilatçılığı ilə Marneulinin Mərkəzi parkında,"Yenə də böyüyəcəklər" abidəsinin ərazisində Azərbaycan və Gürcüstanın müstəqillik gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Qasımlı İcma Mərkəzinin rəqs qrupu müxtəlif çıxışlar təqdim ediblər. Qasımlı İcma Mərkəzinin rəhbəri Arzu Bayramovanın sözlərinə görə, müstəqillik gününü qeyd etmək üçün Marneulidə və eləcə də Tbilisidə, Botanika bağında konsert keçirilir.

"Biz bu günü 27 may tarixində qeyd etməyə qərar verdik. Çünki istəyirdik Azərbaycan və Gürcüstanın müstəqillik gününü birlikdə qeyd edək. Qasımlı İcma Mərkəzinin rəüs qrupu ilə birlikdə bir aydan artıqdır bu konsertə hazırlaşırıq. İstəyirik hər iki ölkə daim müstəqil olsun. Azərbaycanın və Gürcüstanın bir qismi olduğumuz görə, qürur duyuruq", – Qadımlı İcma Mərkəzinin təsisçisi Arzu Bayramova bildirdi.

Gürcüstanın müstəqillik günü 26 may, Azərbaycanın müstəqillik günü isə 28 may tarixində qeyd olunur.

Print Email
FaceBook Twitter Google