Ukrayna rəsmilərinin bildirdiyinə görə, Buça yaxınlığında mülki
şəxslərin yeni kütləvi məzarlığı aşkar edilib. Bu barədə mətbuatda
məlumatlar yayılır.
Kiyev vilayət polisinin rəhbəri Andrey Nyebitov bildirib ki,
Mirotski kəndi yaxınlığında 7 nəfərin cəsədi tapılıb,
onların
əksəriyyəti "əlləri bağlı olub və dizləri güllələniblər".
Onun sözlərinə görə, onlara işgəncə verilib. Meyitlərin tanınması
istiqamətində iş aparılır. Ukrayna Baş Prokurorluğunun məlumatına
görə, faktla bağlı araşdırma aparılır.