Gömrükdə 6 ayda 6,4 milyon litr bəyan edilməmiş dizel yanacağı aşkarlanıb
Gəlirlər Xidmətindən verilən məlumata görə, beynəlxalq yükdaşımaları həyata keçirən yükdaşıyanların hərəkəti zamanı dövlət qeydiyyatına alınmamış yanacağın idxalına ciddi nəzarət edilir.

O cümlədən, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən “Qırmızı Körpü” və “Laqodexi” gömrük-keçid məntəqələrinə Azərbaycandan daxil olan yük avtomobillərinə şübhəli baxış keçirərək, son 6 ayda ölkəmizə 6 milyon 443 min 970 litrdən artıq bəyan edilməmiş dizel yanacağı gətirilib.

Qurumdan verilən məlumata görə, dövlət qeydiyyatına alınmayan məhsulların idxalı əsasən əldəqayırma yanacaq çənləri olan yük avtomobillərinin sürücüləri tərəfindən həyata keçirilir.

"Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinə əsasən, bu fakt qanun pozuntusunu təşkil edir və sanksiya kimi cərimə nəzərdə tutur. Gəlirlər Xidməti yük avtomobillərinin sahiblərini qanunsuz hərəkətlərdən çəkinməyə çağırır",
- məlumatda deyilir.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google