Xilasedicilər Pşavidə təbii fəlakət zonasında kişi meyitini aşkar
ediblər.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, sel sularında
motosikletlə itkin düşən əcnəbi vətəndaşın axtarışlarına xəbər
daxil olan kimi başlanılıb.
“Fəlakət zonasında çalışan Yanğından Mühafizə və Xilasetmə
Xidmətinin qrupları qısa müddətdə prosesə cəlb olunub, onlar çətin
relyefə və çayın daşmasına baxmayaraq, Araqvi çayının su səthinə və
sahil zolağına baxış keçiriblər. Axtarış-xilasetmə əməliyyatları
çərçivəsində xidmətin əməkdaşları kişi meyiti
tapıblar”, - deyə fövqəladə haldan bildirilib.