Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun Madrid
Sammitində iştirak etmək məqsədilə İspaniyaya gedib.
Məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş nazir İrakli Qaribaşvilini Sammitə NATO-nun baş
katibi Yens Stoltenberq dəvət edib.
“İrakli Qaribaşvili Madridə səfəri çərçivəsində yüksək səviyyəli
ikitərəfli görüşlər keçirəcək. Baş nazir İrakli Qaribaşvilinin
rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri
İliya Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze və hökumət
administrasiyasının rəhbəri Revaz Cavelidze
daxildir",- deyə məlumatda bildirilib.