Son 13 ilin ən böyük göstərici - yanvar-may aylarında Gürcüstan Türkiyədən 2047 ton çiyələk alıb
Yanvar-may aylarında Gürcüstan 612 min ABŞ dolları dəyərində 2047 ton çiyələk alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1136 ton çoxdur. 2021-ci ilin 5 ayında ölkəyə 289,5 min ABŞ dolları dəyərində 911 ton çiyələk idxal edilib.

İdxalın demək olar ki, bütün həcmi Türkiyədən gəlib. Misirdən cəmi 0,42 ton idxal edilib.

Qeyd edək ki, cəmi 47,9 ton çiyələk ixrac edilib.

Məlumat üçün bildirək ki, Gürcüstanın aldığı çiyələklərin həcmi ilə bağlı Milli Statistika İdarəsinin məlumatları 2009-cu ildən etibarən Milli Statistika İdarəsinin Xarici Ticarət Portalında mövcuddur.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google