Gürcüstanda son həftə ərzində koronavirusa 1 058 yeni yoluxma halı
qeydə alınıb.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamllq Milli
Mərkəzindən bildirilib.
İyunun 20-dən 26-dək olan müddətdə daha 646 nəfər müalicə olunaraq
sağalıb, 2 nəfər isə vəfat edib.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına 1 660 429 nəfər
yoluxub. Onların 1 642 476-sı sağalıb, 16 841-i ölüb.