Türkiyənin məşhur aktyoru Cüneyt Arkın vəfat edib.
NTV xəbər verir ki, aktyor 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, aktyor 1937-ci il sentyabrın 8-də Türkiyənin
Əskişəhər şəhərində anadan olub. O, "Koroğlu", "Malqoçoğlu Cem
Sultan", "Haqq yolu", "Dəli Yusif", "Dünyanı xilas edən adam",
"Quruluş: Osman" ekran əsərlərində oynadığı rollarda məşhurluq
qazanıb.
C.Arkın “Yeşilçam”ın (Türkiyənin kino sənayesi) korifeylərindən
sayılır.