Tbilisidə keçiriləcək ümumi imtahanlar üçün əlavə avtobus
marşrutları təyin olunacaq.
Bu barədə paytaxt meri Kaxa Kaladze hökumətin iclasında bildirib.
Kaxa Kaladzenin bildirdiyinə görə, ictimai nəqliyyat iyulun 4-dən
iyulun 27-dək fəaliyyət göstərəcək.
“Vahid Milli İmtahanların başlanması ilə əlaqədar abituriyentlər və
işə qəbul olunan şəxslərin maneəsiz, vaxtında elan edilmiş yerlərə
getməsi üçün 2022-ci ilin iyulun 4-dən iyulun 27-dək ictimai
nəqliyyat vasitələri imtahan mərkəzlərinə ayrılacaq.
Metronun “Axmeteli Teatrı” stansiyasına bitişik ərazidən 39, 173,
177, 191, 175 nömrəli dövlət məktəbləri istiqamətində hərəkət etmək
mümkün olacaq.
Varketili metrosundan 117 saylı orta məktəb istiqamətində hərəkət
etmək mümkün olacaq. Avtobus Samqori metrosunun yuxarı çıxışından
103 saylı dövlət məktəbinə gedəcək. Avtobus avqustun 10-dək bu
istiqamətdə hərəkət edəcək”, - deyə Kaladze
bildirib.