Gürcüstan bir il müddətinə buğda və arpa ixracına qadağa qoyub

Bölgədəki vəziyyəti nəzərə alaraq, ərzaq təhlükəsizliyini təmin etmək üçün yerli istehsal buğda və arpanın yalnız daxili bazarda satılması vacibdir”,

– deyə Ekologiya və Kənd Təsərrüfatı Naziri Otar Şamuqia bildirib.

Nazirin sözlərinə görə, Gürcüstanın buğda idxalından tamamilə asılı olmasına (ildə 500 min ton) və kiçik istehsal səbəbindən ixrac edə bilməməsinə baxmayaraq, mövcud vəziyyət ölkədən müəyyən miqdarda buğdanın ixracı riskini yaradır.

Arpaya gəlincə, Gürcüstan arpası İraq və İrana ixrac olunur. Heyvandarlıq, quşçuluq və donuzçuluq sektorunda ərzaq resursu olan arpanın hazırkı mərhələdə yalnız yerli bazarda satılması vacibdir. Bu il proqnozlaşdırılan arpa məhsulu 60 min ton civarındadır. Bu günə olan məlumata görə, artıq 2,5 min tondan çox arpa ixrac edilib.

“Bütün qeyd olunanları nəzərə alaraq, hökumət bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstandan buğda və arpa ixracının qadağan edilməsi barədə qərar qəbul edib. Bu mərhələdə məhdudiyyətlər qarğıdalı ixracına şamil edilmir. Ekologiya və Kənd Təsərrüfatı Nazirliyində buğda və arpa istehsalçıları ilə bir sıra görüşlər keçirilib, onların mövqeləri dinlənilib. İstehsalçıların fikrincə, yerli bazar mövcud tələbata görə ölkədə istehsal olunan məhsulu tam qəbul edəcək”, – deyə Otar Şamuqia bildirib.

 


Mənbə: report.az

 

Print Email
FaceBook Twitter Google