“Gələn həftədən unun qiyməti daha 2-3 lari artacaq”, - Baraka
dəyirmanının direktoru Lado Bidzinaşvili BM.GE-yə bildirib. Onun
sözlərinə görə, unun bahalaşmasının əsas səbəblərindən biri
qeyri-sabit bazar mühiti və Rusiya rublunun məzənnəsinin
dəyişməsidir.
Bununla belə izah edb ki, unun qiymətini tənzimləmək üçün yerli
istehsalın və buğda idxalının bərpası vacibdir.
“Baraka” direktorunun sözlərinə görə, şirkət son bir neçə aydır bu
məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə fəal əlaqə
saxlayır, onun dediyinə görə problemin həlli üçün bir neçə yol
təklif etsə də, heç bir təsirli addım atılmır.
“Cari həftə ərzində unun qiyməti artıq 80 lari keçib. Birinci səbəb
Rusiya rublunun bahalaşmasıdır ki, bu da təbii fəlakətin yaratdığı
problemdən əlavə, tədarük zəncirindəki problemdir. Mövcud vəziyyəti
nəzərə alsaq, gözləyə biləcəyimiz yeganə şey unun qiymətinin daha
2-3 lari artacağıdır”.
Qeyd: Gürcüstan hökuməti bu il iyulun 4-dən 2023-cü il iyulun 4-dək
buğda və arpa ixracını qadağan edəcək.