Gürcüstan iqtisadiyyatı mayda 12 % böyüyüb
Bu ilin may ayında Gürcüstanda istehsal edilmiş Ümumi Daxili Məhsulun (ÜDM) real dəyəri illik müqayisədə 11,6 % artıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat ayında əhəmiyyətli artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kondisioner təchizatı, mehmanxana və restoranlar, istehsal, tikinti, mədənçıxarma sənayesində qeydə alınıb.

Yanvar-may aylarında isə qonşu ölkədə iqtisadi artın 11,2 % təşkil edib.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google