Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının hazırkı
sayı 95 nəfər təşkil edir.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin may ayı üzrə
hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 1 nəfər artıb.
Onların 16-sı ittiham olunan, 2-si yeniyetmə olmaqla 79-u isə
məhkumdur.
Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan
vətəndaşlarının sayı isə 40 nəfərdir. Onların sayı aylıq müqayisədə
1 nəfər azalıb.
Gürcüstanda ümumilikdə 595 nəfər əcnəbi və vətəndaşlığı olmayan
şəxs həbs cəzası çəkir, 301 nəfər xarici ölkə vətəndaşı isə
probasiya nəzarətindədir.