Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının hazırkı sayı 95 nəfər təşkil edir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin may ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 1 nəfər artıb. Onların 16-sı ittiham olunan, 2-si yeniyetmə olmaqla 79-u isə məhkumdur.

Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə 40 nəfərdir. Onların sayı aylıq müqayisədə 1 nəfər azalıb.

Gürcüstanda ümumilikdə 595 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs həbs cəzası çəkir, 301 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətindədir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google