Keçən il Gürcüstandakı ölümlərin 18,8%-nin səbəbi koronavirus olub
Milli Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə Gürcüstanda 59 906 nəfər ölüb. Ölüm səbəbləri arasında ölüm hallarının 37 faizini təşkil edən qan dövranı sistemi xəstəlikləri, koronavirus xəstəliyi (18,8 faiz) və xərçəng xəstəliyi (12,8 faiz) üstünlük təşkil edir.

Milli Statistika İdarəsinin məlumatına görə, ölüm səbəbləri əsas siniflərə görə yaşla dəyişir.

Daha dəqiq desək, 5 yaşa qədər vəfat etmiş uşaqlarda perinatal pozğunluqlar üstünlük təşkil edir. 5-39 yaş arasında travma, zəhərlənmə, xarici səbəblərə məruz qalmanın müxtəlif nəticələri üstünlük təşkil edir çünki bu yaş qrupu üçün bədbəxt hadisələrin baş vermə ehtimalı nisbətən yüksəkdir. 40 və daha yuxarı yaşlı əhalinin ölüm səbəbləri arasında isə qan dövranı sistemi xəstəlikləri və yeni koronavirusun (COVID-19) yaratdığı xəstəlik 2021-ci ildə üstünlük təşkil edib.

Mənbə: BPN
Print Email
FaceBook Twitter Google