Marneuli meri Kənan Ömərov həftənin iki günü - çərşənbə axşamı
və cümə axşamı günləri vətəndaşları qəbul edir. İstəyi olanlar saat
10:00-dan 16:00-a qədər özünüidarəyə gedə bilərlər.
Bələdiyyənin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirirlər ki,
əhali başqa günlərdə də merlə görüşə bilər. Onların bildirdiyinə
görə, müraciətlər kifayət qədər çoxdur və ehtiyaclar fərdidir.
Kənan Ömərov 8 aydır, Marneuli meri vəzifəsini icra edir. Bu dövr
ərzində “Marneuli” radiosunun merlə ünsiyyət qurmaq imkanı olmayıb.
Bu günə qədər cavab gözləyən suallarımız var və aylardır, müsahibə
yazmağı gözləyirik.